Hesabın silinməsi
İstədiyiniz vaxt hesabınızı və ona bağlı məlumatları sildirə bilərsiniz. Bu səhifə Google Play və App Store qaydalarına uyğun olaraq tətbiqə girmədən də əlçatandır.
Necə sildirmək olar
- Hesabınızın qeydiyyatda olduğu e-poçtdan privacy@masinim.app ünvanına “Hesabın silinməsi sorğusu” mövzusu ilə yazın.
- Sorğunu hesabdakı e-poçtdan göndərməlisiniz, çünki hesabın sizə aid olduğunu bununla yoxlayırıq. Lazım gələrsə, əlavə təsdiq istəyə bilərik.
- Sorğunuz qəbul olunandan sonra hesab bloklanır və giriş mümkün olmur.
Tətbiqin və saytın daxilində “Hesabı sil” düyməsi hazırlanır. Hazır olanda bu səhifədə yazılacaq. O vaxta qədər yalnız e-poçt üsulu işləyir.
Nə silinir
- Hesab, e-poçt, şifrə, ad, telefon, şəhər və profil şəkli;
- Bütün elanlarınız və yüklədiyiniz şəkillər;
- Qaraj (maşınlarınız, yürüş, VİN), seçilmişlər, izlənən mağazalar;
- Giriş sessiyaları, bildiriş tokenləri və bildirişlər.
Nə saxlanıla bilər
- Balans və ödəniş əməliyyatlarının qeydləri: mühasibat və qanuni tələblərə görə, hesabla əlaqəsi kəsilmiş şəkildə;
- Qanunun tələb etdiyi hallarda və ya sui-istifadənin qarşısını almaq üçün zəruri minimum qeydlər.
Nə qədər çəkir
Silinmə sorğusundan sonra 30 gün ərzində hesab bloklanmış vəziyyətdə qalır, bundan sonra məlumatlar avtomatik silinir. Bu müddətdə hesaba giriş mümkün deyil. Silinmədən sonra hesabı və ya məlumatları bərpa etmək mümkün deyil və biz buna zəmanət vermirik.
Suallarınız üçün privacy@masinim.app ünvanına yaza bilərsiniz. Ətraflı məlumat: Məxfilik siyasəti.